Ana səhifə / Media / Azərbaycanlı qızları İran üzərindən Dubaya daşıyırlar…

Azərbaycanlı qızları İran üzərindən Dubaya daşıyırlar…

Xəbər verdiyimiz kimi bu günlərdə ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabayını açıqlayıb. Hesabatda Azərbaycanın müvafiq strukturlarının insan alverinin qarşısının alınması və insan alveri qurbanlarına yardım sahəsində irəliləyiş əldə etdikləri vurğulanmışdı. Lakin hesabatın İrana aid hissəsindən məlum olur ki, qonşu ölkədə bu sahədə vəziyyət daha ağırdır.

Hesabatın İrana aid hissəsində yoxsul ailələrdən olan qadın və qızların ailələrinə dəstək üçün işləməyə can atması onları insan alverçilərinin qurbanlarına çevirir. Belələrini iş adı altında aldadaraq cinsi istismara məruz qoyurlar, xarici ölkələrə satırlar. Hesabata əsasən İranda 13-17 yaşlı qızlar seks-tacirlərinin daha çox marağını cəlb edir.

Bildirilir ki, İranda 13 yaşına qədər olan qızlar ev qulluqçuları kimi işlədilir, 13 yaşına çatanda isə insan alverçiləri onları cinsi istismar məqsədi ilə satırlar. Hesabatda göstərilir ki, son vaxtlar Dubayda fahişə kimi işləyən gənc iranlı qadınların sayı kəskin artıb, bu da İranda insan alveri sahəsində vəziyyətin pisləşməsi ilə izah oluna bilər.

Dövlət Departamenti habelə bildirir ki, qonşu ölkələrdən də qadınlarıın seksual istismar məqsədi ilə iranlı insan alverçiləri tərəfindən cəlb edilməsi, onların İran üzərindən Fars körfəzinin başqa ölkələrinə satılması halları geniş yayılıb.

“Məlumatlara görə Tehranda, Təbrizdə, Astarada seksual istismar olunan yeniyetmə qızların sayı artmaqdadır. İranda siğə adlanan “müvəqqəti” və ya “qısamüddətli” nigahlar mövcuddur ki, bu “nigahın” müddəti bir saatdan bir həftəyə qədər davam edə bilir.  Siğə kommersiya məqsədli seksual istismar üçün tətbiq olunur”-hesabatda deyilir.

Hesabata əsasən İranın Şiraz əyaləti insan alverçilərinin  əsas mərkəzidir və Azərbaycandan olan qızlar bu vilayət üzərindən tranzit olaraq Birləşmiş Ərəb Əmirliklərinə kommersiya məqsədli seksual istismar üçün göndərilir. (Virtualaz.org)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın