Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq – VİDEO

Azərbaycanlı ifaçı Rusiyanın “Birinci kanalı”nda aparıcı olacaq – VİDEO

Azərbaycanlı ifaçı, Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Səs. Uşaqlar-3” populyar musiqi yarışının finalçısı Azər Nəsibov “Səs. 60+” müsabiqəsində aparıcı qismində ekranlara çıxacaq. 

Sputnik xəbər verir ki, Azər tezliklə çəkilişləri başlayacaq sözügedən layihənin aparıcılarından biri olacaq.

O, sevinc hisslərini bu cür dilə gətirib:

“Mən yenə də “Səs” yarışındayam. Aparıcı olmaq məsuliyyətli və çətindir. Bir neçə dəfə bu layihədə jurnalist qismində iştirak etmişəm. Dəvət üçün “Birinci kanalı”a təşəkkürümü bildirirəm”.

Rusiya teleməkanında yayımlanacaq “Səs. 60+” musiqi yarışı “The Voice Senior” Niderland formatına uyğunlaşdırılıb.

Qeyd edək ki, A.Nəsibov Moskva kollecinin estrada-caz fakültəsində təhsil alır. O, Moskvada bir çox tədbirlərdə iştirak edir.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …