Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycanla Rusiya arasında mətbuat əməkdaşlığının potensialı müzakirə olunub

Azərbaycanla Rusiya arasında mətbuat əməkdaşlığının potensialı müzakirə olunub

Rusiya Jurnalistlər ittifaqının sədri Vladimir Solovyov Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransı “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində baş tutub. Tədbirdə, həmçinin Rusiya Jurnalistlər ittifaqının katibi Rafael Hüseynov və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak ediblər.

Rusiya Jurnalistlər ittifaqının sədri Vladimir Solovyov dövlət başçısı İlham Əliyevlə görüşünün önəmindən danışıb və Xəzər Regionu Jurnalist Təşkilatlarının birliyi kimi yeni platformanın yaradılmasını müzakirə etdiklərini qeyd edib.

Solovyov həm də bu cür platformaların müxtəlif sahələrdə əməkdaşlığın inkişafına töhfə olduğunu söyləyib:

“Ümid edirəm ki, beləliklə biz qarşılıqlı münasibətlərimizi inkişaf etdirəcəyik. Həm də düşünürəm ki, bizdə keçirilən müxtəlif forum və təlim praktikalarımızı sizin ölkənizdə də nümayiş etdirə bilərik. Mənə elə gəlir ki, buna maraq var”

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bu yaxınlarda Mətbuat Şurası və Rusiya Jurnalistlər ittifaqı arasında bağlanan əməkdaşlıq memorandumunun vacibliyindən danışıb. Amaşov qeyd edib ki, bu memorandumun əsas məqsədi iki ölkə jurnalistləri arasındakı münasibətləri daha da möhkəmləndirməkdir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …