Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Media / Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

Azərbaycanla bağlı qərəzli xəbər yayan “Amerikanın səsi” üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən “Human Rights Watch” təşkilatının açıqlamasını yayıb.
Təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edib.
Bu məlumatı öz oxucuları ilə paylaşan “Amerikanın səsi” radiostansiyası isə saxta məlumatı yaymaqla kifayətlənməyərək həmin məlumatı Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosu ilə paylaşıb.
Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı daha sonra, ümumiyyətlə, həmin xəbəri və fotonu öz rəsmi feysbuk hesabından çıxarıb.

Həmçinin oxuyun

Tanınmış jurnalistə AĞIR İTKİ

Hazırda Almaniyada yaşayan tanınmış jurnalist Fərahim İlqaroğlunun anası vəfat edib.  Bu barədə jurnalist özü sosial …