Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycandakı seçkilər xarici mətbuatda: “Yenilikçi ideyalı gənclərin üzə çıxacağını gözləyirik”

Azərbaycandakı seçkilər xarici mətbuatda: “Yenilikçi ideyalı gənclərin üzə çıxacağını gözləyirik”

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri yerli mətbuatla bərabər, dünya mediasının da diqqət mərkəzindədir. Gün əzrində bir sıra xarici ölkələrin mətbu orqanlarında seçki prosesi barədə məlumat verilib.

Modern.az xarici KİV-də parlament seçkiləri ilə bağlı yayımlanan yazıları təqdim edir:

Rusiyanın mətbu orqanı “Российская газета” Azərbaycanda keçirilən parlamement seçkilərinə belə yer ayırıb:

“Bu gün Azərbaycanda yeni parlamentin – Milli Məclisin növbədənkənar seçkiləri keçirilir. Ölkə vətəndaşları Prezident İlham Əliyevin elan etdiyi islahat kursunu davam etdirməli olan 125 deputatı seçəcəklər. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncamı Prezident İlham Əliyev 2019-cu il dekabrın 5-də imzalayıb. Ekspertlər seçki ilə bağlı prezidentin elan etdiyi islahatlar kontekstində siyasi sinifin cavanlaşmasının zəruriliyini bildiriblər”.

Azərbaycanda keçirilən parlament seçkiləri Ukraynanın televiziya kanalları tərəfindən də işıqlandırılır. Məşhur 1+1, “Ukrayna” kanalları seçkilər haqqında məlumat yayıb. Xüsusi reportajlarda tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib. Namizədlər arasında gənclərin üstünlük təşkil etdiyi vurğulanır, son vaxtlar Azərbaycanda gənclər üçün yaradılmış şəraitdən bəhs olunur.

İtaliyanın “Tiscali News” nəşrində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alıb. Nəşrə danışan Prezidentin köməkçisi Azərbaycanın islahatlara ehtiyacı olduğundan ölkə başçısının dəyişikliklər istədiyini söyləyib. Onun sözlərinə görə, ölkəyə ötən əsrin qaydalarına və standartlarına uyğun şəkildə rəhbərlik etmək mümkün deyil, irəliyə doğru hərəkət etmək lazımdır.

“Bu seçkilərdən yeni simaların, parlamentə gələrək prezidentin islahat prosesini dəstəkləyəcək yenilikçi ideyalı gənclərin üzə çıxacağını gözləyirik”, – H.Hacıyev bildirib.

İtaliyanın “Aska News” nəşri isə yazıb ki, növbədənkənar seçkilər Prezident Administrasiyasında və Nazirlər Kabinetində başlamış modernləşmə prosesini izləyən yolda ölkənin siyasi, iqtisadi və sosial həyatında aparılan islahatlar çərçivəsində dövlət strukturlarında nəsil dəyişikliyi prosesinin konsolidasiyası məqsədi daşıyır.

Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri bütün dünya KİV-ləri kimi, Malayziya mətbuatının da diqqət mərkəzindədir. Malayziyanın aparıcı milli xəbər agentliyi “Bernama”nın xüsusi müxbiri R.Raçivandrana seçkilərlə bağlı Bakıdan birbaşa reportajları həm agentliyin öz saytında, həm də digər KİV-lərdə geniş işıqlandırır. Müxbirin “Azərbaycan: səsvermə başlanır – namizədlərin 50 faizindən çoxu 40 yaşdan gəncdir, ən yaşlı seçici isə 126 yaşındadır” sərlövhəli məqaləsində seçkilərdə 19 siyasi partiyanın iştirak etdiyi bildirilir. Qeyd olunur ki, həmin partiyalar Milli Məclisdəki 125 yer uğrunda mübarizə aparırlar.

Azərbaycanda keçirilən parlament seçkiləri Gürcüstan mətbuatının diqqət mərkəzindədir. Gürcüstanın nüfuzlu kvira.ge, newsday.ge, apsny.ge, kavkasia.net, ipress.ge, 24news.ge, gaxa.ge xəbər portalları, eləcə də 1Tv.ge televiziya kanalı Azərbaycanda keçirilən seçkilər barədə silsilə materiallar yayıb.

Qazaxıstanın aparıcı yerli KİV-də Azərbaycanda keçirilən parlament seçkilərini diqqət mərkəzində saxlayır. Ölkənin “inform.kz”, “turkistan.today” internet saytlarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin ölkəmizdə keçirilən parlament seçkilərində səs verdikləri, deputatlığa namizədlər üçün bərabər imkanların yaradıldığı, seçicilərin öz namizədlərinə sərbəst səs vermələri üçün bütün şəraitin təmin olunduğu bildirilir.

Almaniyanın xəbər kanalı “Deutsche Welle” Azərbaycanda erkən parlament seçkiləri keçirilməsi ilə bağlı məlumat yayıb:

“Azərbaycanda parlament seçkiləri 2020-ci ilin noyabr ayında keçirilməli idi, lakin prezidentin sərəncamına əsasən seçkilər fevral ayına təyin edildi. Prezident İlham Əliyev siyasi kadrların gəncləşməsi niyyətindədir. Seçkilərdən bir qədər əvvəl ölkənin Prezident Aparatının kadr strukturunda da ciddi dəyişikliklər edilib”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …