Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycandakı “Facebook” istifadəçiləri ilə bağlı gözlənilməz RƏQƏMLƏR

Azərbaycandakı “Facebook” istifadəçiləri ilə bağlı gözlənilməz RƏQƏMLƏR

2019-cu ilin dekabr ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı noyabr ayı ilə müqayisədə 13,7 faiz bəndi azalıb.

“Global Stats” statistika mərkəzinin verdiyi məlumata görə, yanvarın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 38,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6,9 faiz bəndi azdır.

Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Instagram” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı 2019-cu ilin dekabr ayı ərzində 6,4 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin yanvarın 1-nə 16,6% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 9,5 faiz bəndi çoxdur.

2019-cu ilin dekabr ayı ərzində ölkə üzrə “Pinterest” şəbəkəsinin istifadəçilərinin fəallığı 5,7 faiz bəndi artıb. 2020-ci ilin yanvarın 1-nə olan məlumata görə, “Pinterest” Azərbaycan sosial media bazarında 16,1% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Twitter” – 13,74%, “YouTube” – 10,07%, “Google+” – 2,07%, “VKontakte” – 1,35% və s. /APA

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …