Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Azərbaycanda yol kənarında xüsusi istirahət yerləri yaradılır

Azərbaycanda yol kənarında xüsusi istirahət yerləri yaradılır

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır. Bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmtindən virtualaz.org-a verilən məlumata görə, bu addımın atılmasında məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir.

Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın