Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Azərbaycanda “Qadına vurma, vurul!” aksiyası – Fotolar

Azərbaycanda “Qadına vurma, vurul!” aksiyası – Fotolar

Bu gün “Park Bulvar”da “Təmiz dünya” İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbir “Uşaq gülüşlərini yaşadaq!” devizi altında baş tutub. Tədbirdə Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova, “Təmiz dünya”nın rəhbəri Mehriban Zeynalova, media nümayəndələri, sənətçilər və holdinq rəhbərləri iştirak ediblər.

Təşkil olunan görüşdə “Qadına vurma, vurul!” yazılmış plakatlar açılıb. Milli kampaniyada 2017-ci ilin qadın hüquqları ilə bağlı elçisi Ruhi Əliyeva çıxış edib. O, qeyd edib ki, hazırda dünyada qadınların 70 faizi fiziki zorakılığa məruz qalır:

“Media, televiziya onlara diqqət göstərməli, bu mövzulara yer ayırmalıdır. Şiddətin səbəbkarı çox zaman kişilər olur. Buna görə də burada məhz “Qadını vurma, vurul!” şüarı qaldırmışıq. Güman edirəm ki, bu aksiya Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınmasında ciddi addım olacaq. Şiddətin qarşısını almaq 1 günün işi deyil, bunun üçün bütün cəmiyyət var qüvvəsi ilə səfərbər olmalıdır. 1 qadına qarşı zorakılıq, təkcə ona deyil, bunu eşidən bütün qadınlara təsir edir”.

Gülər Əhmədova isə çıxışında qadınlara səslənib, onları birgə olmağa çağırış edib: “Oğlan dünyaya gətirən bütün analar övladlarını düzgün tərbiyə etməlidirlər”.

Tədbirin aparıcıları Fira Cəlilova, Samir Bayramov olub.

Azərbaycanda “Qadına vurma, vurul!” aksiyası -  Fotolar

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın