Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Azərbaycanda ötən il 2234 nəfər zəhərlənib

Azərbaycanda ötən il 2234 nəfər zəhərlənib

2016-cı ildə ölkədə toksikoloji zəhərlənmə halları ilə bağlı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2234 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb. Belə ki, 2015-ci ildə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 müraciət daxil olub.

Məlumatda qeyd edilib ki, ötən il daxil olan müraciətlərin 32,8% lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21% – dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1% – yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın