Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda işini itirənlərin sayı – AÇIQLANDI

Azərbaycanda işini itirənlərin sayı – AÇIQLANDI

Azərbaycanda ən çox işsiz qalan peşə sahibləri məlum olub. Məlumata görə, bununla bağlı Bakıda keçirilən İnsan resursları Forumunda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev danışıb. Onun sözlərinə görə, 2016-cı ilin 10 ayı ərzində müəssisələrin fəaliyyətini dayandırmasına görə, tikinti sektorunda 4000 nəfərin, maliyyə sektorunda isə 2000 nəfərin əmək müqaviləsinə xitam verilib. İ.İsayev əlavə edib ki, bu il məşğulluq xidmətinə 190 min nəfər iş üçün müraciət edib, onlardan 53 min nəfərinə iş verilib, 11 min nəfər isə işsiz statusu alıb. (Fins.az)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın