Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Azərbaycanda İİV-infeksiyasından ölənlərin sayı – AÇIQLANDI

Azərbaycanda İİV-infeksiyasından ölənlərin sayı – AÇIQLANDI

Bu ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 nəfər təşkil edib.
Nazirlikdən bildirilib ki, onlardan 365-i (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınan 365 yerli sakinlərdən 232-i (63,6%) kişi, 133-ü (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.
Məlumata görə, hesabat dövründə İİV-ə yoluxması təsdiq olunan Azərbaycan vətəndaşları arasında yoluxma yolları belə olub: 72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%) heteroseksual, 8 nəfər (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfər (1,4%) şaquli yolla, 52 nəfərin (14,2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən bu ilin 9 ayının sonunadək ölkədə QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunan 5 025 İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3642-si (73,2%) kişi, 1383-i (26,8%) qadındır. QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV-infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 788 nəfər olub.
Azərbaycanda İÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülən vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 7,5% -də yoluxma yolu müəyyən edilməyib.
Antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 386 nəfərə müalicə bu ilin ilk 9 ayı ərzində başlanılıb.
Bu ilin 9 ayı ərzində 114 660 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın