Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb

Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb

Ötən il Elmi-Praktiki Hemofiliya Mərkəzində qeydiyyatda olan hemofiliyalı xəstələrin sayı 1541 çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bunlardan – 745 xəstə Bakı, 76 xəstə Sumqayıt, 720 xəstə isə rayonların payına düşür. Bütün hemofiliyalı xəstələrin ilkin diaqnostikası və təkrar müayinələri mərkəzin laboratoriyasında aparılır. 2016-cı ildə 89 ilkin müayinə olunub, 69 xəstədə hemofiliya təsdiq olunaraq dispanser qeydiyyata götürülüb. Dövlət Proqramı çərçivəsində hemofiliyalı xəstələr faktor preparatları ilə tam təmin olunaraq stasionar, ambulator və ev şəraitində müalicə alırlar. Müxtəlif qanaxmalarla 2847 xəstə ev şəraitində ambulator, 307 ağır xəstə isə stasionar müalicə alıb.

Bundan başqa, 15-49 yaş arasında olan 950 xəstədən 130-da ağır xəstə kimi ikincili profilaktika aparılıb. Bu o deməkdir ki, xəstələrin oynaqlarında qanaxma və onun fəsadları aradan götürülənə qədər həftədə 2 dəfə faktor konsentratı köçürülür. Bir nəfər fəsadlaşmış ingibitor formalı xəstə Avropada tətbiq edilən İTİ proqramı üzrə müalicəyə götürülüb. 5 inhibitor formalı göstərişə uyğun yüksək dozada standart profilaktika müalicəsi alır.

30 hemofiliyalı xəstədə böyük cərrahi əməliyyat olunub. 2011-2016-cı illərdə hemofiliya xəstəliyi səbəbindən ölüm halı qeydə alınmayıb. Dünya ölkələrinin yalnız 20%-də hemofiliyalı xəstələr dövlət hesabına faktor preparatları ilə təmin olunurlar, Azərbaycan da bu ölkələr sırasına daxildir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın