Qəfil halı pisləşən 60 yaşlı üçün təcili tibbi yardım çağırılıb.

Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1988-ci il təvəllüdlü Həsənov Vüsal Fayaz oğlu xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb.

O, kəllə-beyin travması alaraq Reanimasiya şöbəsinə yerləşdirilib. “Təcili yardım” maşınına da ziyan vurulub.

Faktla bağlı araşdırma aparılır.