Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda 612 nəfər narkoman qadın qeydiyyatdadır

Azərbaycanda 612 nəfər narkoman qadın qeydiyyatdadır

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, Mərkəzdə ötən ilin sonuna 29.448 nəfər qeydiyyatda olub.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib. Məlumata görə, onlardan 24.056 nəfər dispanser, 5.392 nəfər profilaktik qeydiyyatda olanlardır. Onlardan 5 nəfərin 18 yaşı hələ tamam olmayıb. 612 nəfər qadın, 183 nəfər toksikoman, 20.576 nəfər (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.

2017-ci ilin 3 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7256 nəfər keçib. Onlardan 403 nəfəri narkotik vasitələlərin istifadəsinə görə müayinə olunub və 252 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.

Həmçinin, cari ilin 3 ayı ərzində 833 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 308 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 519 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicəyə qəbul edilib.(Sputnik)

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın