Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Azərbaycanda 6 saat internet olmayacaq

Azərbaycanda 6 saat internet olmayacaq

“Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.

“Qafqazinfo” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə işlər aparılacaq.

Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın