Azinforum.az Apa-ya istinadən xəbər verir ki, Mərkəzin direktoru Fuad Novruzov bildirib ki, prostat xərçəngi, neyroendokrin, kardioloji problemi olan xəstələrin müalicəsi yaxşılaşdırılıb və uyğun müalicə tədbirləri görülüb.

Onun sözlərinə görə, çox nadir rast gəlinən neyroendokrin törəmələr qeyri-spesifik və qarışıq simptomatikaya malik olduğu üçün onun diaqnostikası və müalicəsi yanlış nəticələrə səbəb olur. Direktor qeyd edib ki, nadir rast gəlinən xəstəliklərin erkən diaqnozunun qoyulması və müalicə tədbirlərinin görülməsi üçün birgə qərarların verilməsi, əhalinin maarifləndirilməsi işləri görülür: “Milli Onkologiya Mərkəzinin bir ildən artıqdır ki, Nüvə Təbabəti Mərkəzi istifadəyə verilib. Bu mərkəzdə bütün onkoloji xəstəliklərin erkən mərhələdə diaqnostikası aparılır. Hazırda şöbə bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərir”.