Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Azərbaycanda 332 məktəb üçün modul tipli binalar tikiləcək

Azərbaycanda 332 məktəb üçün modul tipli binalar tikiləcək

Bu il Azərbaycanda şagird sayı 100-dək olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulub. Bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin modul tipli məktəblərlə əvəz olunması ilə əlaqədar hazırlıq işlərinə başlanıb. Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

“Keçən il ölkədə 1932 şagird yerlik 7 məktəb binası və 1 ailə tipli qrup evi inşa edilib, 6 internat məktəbi, 2 peşə liseyi, 1 kollec, 3 ali məktəbin tədris korpusu əsaslı təmir edilib, bərpa-gücləndirmə işləri aparılıb. Bununla yanaşı, hesabat dövründə 468 məktəbdə əsaslı və cari təmir işləri aparılıb. Ümumilikdə bütün mənbələr hesabına ölkə üzrə 29 məktəb binası tikilib, 485 təhsil müəssisəsi təmir edilib, 60 ümumtəhsil məktəbində kimya, fizika və biologiya laboratoriyalarının quraşdırılması həyata keçirilib”, – deyə hesabatda əks olunub.

Qeyd edək ki, hesabat Milli Məclisin martın 17-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın