Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır?

2023-cü ilin fevral ayında feysbuk sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq, 28,54 faizə düşüb.
Bu barədə “Trend” Global Stats statistika mərkəzinə istinadən məlumat paylaşıb.
Bu göstəriciyə görə, ikinci yerdə instaqram dayanır. Onun payı 1,35 faiz artaraq, 24,48 faizə çatıb.
Üçüncü yerdə 23,49 faizlə yutub gəlir (2,01 faiz artım).
Dördüncü yerdə pinterest gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52 faiz azalaraq, 12,95 faizə düşüb.
Tvitter media paltforması 7,73 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yer tutub (ay ərzində 0,33 faiz azalma). Reytinqdə altıncı yerdə 0,8 faiz göstərici ilə linkedin gəlir.
Digər sosial şəbəkələrin payı 2,02 faiz təşkil edib.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …