Ana səhifə / Media / Azərbaycan tək yaşamağın 10 avantajı

Azərbaycan tək yaşamağın 10 avantajı

Tek yaşamaq bir çox insanın istədiyi, amma bəzi problemlər üzündən seçim etmədiyi bir həyatdır.

Bu problemlər də əsasən ailə daxilindən qaynaqlan, alt şüurumuzda ilişib qalan sözlərdir.

Həmçinin ailə daxilində maddi aslılığın olması da tək qalmağın qarşısın alır. Müstəqil gəliri olmayan bir insan üçün tək qalmaq olduqca çətindir.

Amma maliyyə probleminiz yoxdursa, müstəqil qərar verə bilirsinizsə tək qalmaq ən gözəl seçimlərdən hesab olunur.

Qaynarinfo.Az tək yaşamağın avantajların təqdim edir.

1. Evə istədiyiniz zaman gələ bilərsiniz, buna görə kimsə sizdən hesab soruşmayacaq. Və qapı ağzında dayanıb gözləmək kimi bir hadisə yaşamayacaqsınız.

2. Yuxudan gec durduğunuza görə kimsə əsəbləşməyəcək. “Saat 12-dir, Əli dur, dur Əli, ay Əli” kimi sözlər olmayacaq.

3. “Evə gələndə iki çörək al”, “Aşağı düşəndə bu zibili də at” sözlərini eşitməyəcəksiniz.

4. Evdə istədiyiniz kimi geyinə bilərsiniz. Yayda cins şalvarla evdə oturmaq artıq keçmişdə qalacaq.

5. Hamama, tualetə gedərkən qapını bağlamaq kimi narahatçılığınız olmayacaq.

6. İstədiyiniz dostunuzu evə dəvət etməkdə müstəqil olacaqsınız. Nəzərə alsaq ki, bizim ailələrin bir çoxunda mühafizəkar qayda-qanun hökm sürür. Tək qalmaq bu baxımdan çox önəmlidir.

7. Sevgiliniz olduğu zaman saatlıq ev axtarmaq, dağa-daşa düşmək keçmişdə qalacaq.

8. İsədiyiniz verlişə baxa, istədiyiniz musiqi dinləyə bilərsiniz. Ən əsası isə “Ay Zaur, “Mikayıl Şou”, “Xoşqədəm”in verlişlərinin əlindən canınız dincələcək.

9. Divanda uzanıb rahatlıqla telefonla oynaya bilərsiniz. “Kimlə yazışırsan”, “Bütün günü telefon əlindən düşmür” sözləri sizin üçün nostalji hisslər oyadacaq

10. Nə zaman istəsəniz o zaman yemək yeyə bilərsiniz. Ayrıca olaraq isə divanda rahat uzanıb, pivə içə-içə sevimli futbol komandanızın oynuna baxa bilərsiniz.

Yazını hazırladı redaksiyamızın tək qalmaq istəyən əməkdaşı

Qaynarinfo.Az

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın