Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Azərbaycan səhiyyəsi adına daha bir utanc: buna nə ad verəsən?

Azərbaycan səhiyyəsi adına daha bir utanc: buna nə ad verəsən?

Azərbaycan səhiyyəsində baş verən qanunsuzluqlar seriyası artıq faciələrə çevrilməkdədir.

Zərərçəkən Sumqayıt şəhər sakini Kərimov Ramin Vahid oğlunun başına gələnlərə diqqət yetirdikdə Azərbaycanda bəzi həkimlərin Hippokrata deyil, hansısa mifoloji şər qüvvəyə and içdiyini düşünürsən.

R.Kərimovun azyaşlı övladı Rauf ötən il, oktyabrın 12-də bərk xəstələnir, təcili yardım çağırırlar. Təcili yardımda gələn həkimlər uşağın ya diş çıxardığını, ya da boğazının ağrıdığını, hərarətin də bundan yarandığını bildirirlər.
Ağrıkəsici iynə vurulur.Ancaq ertəsi gün uşağın hərarəti daha da artır və balaca Raufu Sumqayıt şəhər Uşaq xəstəxanasına gətirirlər. Burda 5 AZN müqabilində xəstə qəbul edilir və dərhal reanimasiya şöbəsinə yerləşdirilir və dərhal ikinci sistem vurulur.

Sabahısı gün isə reanimasiya şöbəsinin baş həkimi Firdovsi Abbasov xəstəni müayinə edir və onun rentgendən keçməsini məsləhət görür. Reanimasiya şöbəsinin rentgen cavablarından sonra həkim Rauf Kərimlini vərəm dispanserində rentgenə göndərir. Həkim F.Abbasov vərəm dispanserinin ilk rentgenindən də razı qalmır və balaca Rauf ikinci dəfə eyni analizlərə göndərilir (onu da bildirək ki, həm reanimasiyada, həm də vərəm dispanserində analizlər üçün ödənişlər edilir, bütün xidmətlər üçün pul alınır).

Nəhayət, 3 rentgen analizindən sonra həkimlər belə qərara gəlir ki, Rauf Kərimli üzərində heç bir cərrahiyyə əməliyyatı aparılmasına ehtiyyac yoxdu, sadəcə uşağa antibiotiklər vurulmalıdı. Valideynə də bildirilir ki, soyuqdəyməyə qarşı müalicə aparıldıqdan sonra uşağın ağ ciyərinin aşağı payına yığılmış su şprislə çəkib çıxarılacaq. Ata uşağı Bakıya aparmaq istəsə də həkim Abbasov buna etiraz edir və xəstənin sağalacağına söz verir.
Beləliklə, əsl bazar qaydaları ilə müalicə başlayır. Xəstəxanada olan dərmanların ödənişi edilməklə (məsələn, sistem 25 manata), kənardan da dərmanlar aldırılır. Dörd günlük müalicədən sonra F.Abbasov xəstənin reanimasiyadan çıxarılmasını desə də valideyinin təkidi ilə, uşağın vəziyyətinin düzəlmədiyinə görə R.Kərimli reanimasiya saxlanılır. Bu da elə-belə başa gəlmir, valideyn uşağın reanimasiyada saxlanması üçün əlavə “hörmət” edəcəyini deyir.

Beləcə balaca Rauf reanimasiyada saxlanılır və 9 gündən sonra palataya köçürülür. Palatada xəstəyə Rəsmiyyə adlı həkim təyin olunur. Ancaq az sonra xəstənin vəziyyəti daha da ağırlaşır. Rəsmiyyə həkim xəstəni Ağ Ciyər Xəstəlikləri İnsititutuna göndərir. Burda isə Nailə adlı həkim uşağı müayinə etdikdən sonra bura aid xəstə olmadığını bildirib, onu Elmi Tədqiqat Pediaterial İnistituta ( “OMD” kimi tanınan xəstəxana) aparmağı məsləhət görür. Burda xəstə Əhmədov Heyrət həkimə tapşırılır, iki gün ərzində uşaq dəfələrlə rentgendən keçirilir, daha sonra MRT müayinəsi aparılır və nəhayət R.Kərimliyə “mədə deşilməsi, ciyərin deşilməsi, bağırsağın ciyərə girməsi” diaqnozu qoyulur. Heyrət həkim burda dəfələrlə uşağı ödənişli olan rentgen və digər müayinələrə göndərir. Valideynin etirazları isə nəzərə alınmır.

Ardıcıl rengenlərdən sonra isə xəstəyə ağ ciyərində çirk olması diaqnozu qoyululur. Nəhayət Ramin Kərimov burda da həkimlərin məsuliyyətsizliyini görüb övladını həmin xəstəxanadan çıxararaq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirir. Düzgün aparılan müayinə və müalicə nəticəsində uşaq qısa müddət ərzində sağalır. Həmçinin bu vaxta qədər aparılan müayinə və müalicənin tam yanlış olduğu üzə çıxır. Yanlışlıq elə bir həddə olub ki, hətta xəstənin qan qrupu da səhv müəyyənləşib.

Baş verənlər Azərbaycan səhiyyəsi adına növbəti bir utancdır. Bütün bunlardan sonra isə, valideyin çəkdiyi mənəvi istirabların, qanunsuz və heç bir nəticə verməyən xərclərin qarşılığı olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

Məhkəməyə təqdim edilən iddia ərizəsində Sumqayıtda yerləşən “Real” tibb mərkəzi, Sumqayıt Şəhər Uşaq Xəstəxanası, Elmi Tədqiqat Pediaterial İnistitutu göstərilib.  Cumhuriyyet.az

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın