Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azər Həsrətin saytı “gülüş günü” fəaliyyətə başlayacaq

Azər Həsrətin saytı “gülüş günü” fəaliyyətə başlayacaq

Jurnalist Azər Həsrətin yaratdığı xəbər saytı aprelin 1-də, “gülüş günü” fəaliyyətə başlayacaq.

Bu barədə A.Həsrət özü məlumat verib.

“Bütün dünyanın yalan danışdığı bir gündə doğruları söyləmək üçün gəlirik! Biz 1 apreli nədən seçdik? 1 aprel dünyada gülüş günü, bəzən də adam aldatma günü kimi qəbul edilir. Yəni dünyanın qanuni yolla yalan danışması günüdür 1 aprel. Bizsə, yeni media resursumuzla məhz həmin gün gəlməyə qərar verdik. Bütün dünyanın yalan danışdığı bir gündə doğruları söyləmək üçün gəlirik! Lap az qaldı, bir az daha səbr və media meydanında biz də varıq” – A.Həsrət qeyd edib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …