Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / “Azər Həsrət Əli Kərimlinin tərəfdarı idi, Mətbuat Şurasını ələ keçirmək istəyirdilər”

“Azər Həsrət Əli Kərimlinin tərəfdarı idi, Mətbuat Şurasını ələ keçirmək istəyirdilər”

“Azər Həsrət indi bizim dostumuzdur və çox dəyərli vətəndaşdır. Bu məsələ ilə bağlı da biz dəfələrlə söhbət etmişik. Görünür zarafat edib, çünki o vaxt Azər Həsrət bizim dostumuz deyildi. O vaxt bir qrup KİV rəhbəri olaraq öncədən Əflatun Amaşovun Mətbuat Şurasının sədri seçilməsi ilə bağlı öz aramızda razılığa gəlmişdik. Azər Həsrət isə o zaman Əli Kərimlinin tərəfdarı idi və “Yurd” təşkilatı olaraq Mətbuat Şurasını ələ keçirmək istəyirdilər. Biz buna imkan verməmək üçün mübarizə apardıq. Təəssüf ki, mübarizənin əsk tərəfi A.Həsrət idi”.

Bu fikirləri Bakutime.com saytına açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrətin barəsində səsləndirdiyi ittihama münasibət bildirərkən deyib.

Qeyd edək ki, Azər Həsrət Teleqraf.com-a müsahibəsində 2003-cü ildə Mətbuat Şurasına sədr seçkiləri zamanı Əflatun Amaşova uduzmasını dostlarının ona xəyanəti ilə əlaqələndirib:

“…2003-cü ildə mən çox ciddi rəqib idim. Uduzmağımın səbəbi isə heç də Əflatun Amaşovun daha güclü olması deyildi. Buna səbəb o vaxt müxalifətə yaxın media rəhbərlərinin, məsələn, “Yeni Müsavat”ın mənə zərbə vurması oldu. Doğrudur, elələri oldu ki, mənimlə açıq söhbət elədi, yəni özünü gizlətmədi. Amma bu yaxınlarda öyrənmişəm ki, burnumun dibindəki dostlarımın hamısı – Rauf Arifoğlu, Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev sonradan mənim əleyhimə işləyiblər…”

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …