Şənbə , Dekabr 10 2022
Ana səhifə / Media / AZƏRTAC-da şok rüşvət və korrupsiya faktları aşkarlandı – Aslan Aslanov işdən çıxarılır

AZƏRTAC-da şok rüşvət və korrupsiya faktları aşkarlandı – Aslan Aslanov işdən çıxarılır

Azərbaycan Dövlət İnformasiya Agentliyində (qısa adı AZƏRTAC) yoxlamalar başlayıb.

Bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub. Məlumatda bildirilir ki, dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Büdcə pulları rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovunyaxın günlərdə baş verən bu hallara görə işdən çıxarılacağı gözlənilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.

AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.

Həmçinin oxuyun

Şamaxıda tutan Ərdəbil radiosu – İranın məkrli təbliğatını necə əngəlləyək…

Sirr deyil ki, İran rejimi uzun illər ərzində din pərdəsi altında xain məqsədləri üçün Azərbaycanda …