Ana səhifə / Media / “Azərsu” sədrinin qardaşı məni ölümlə təhdid edir” – Prezidentdən kömək istədilər

“Azərsu” sədrinin qardaşı məni ölümlə təhdid edir” – Prezidentdən kömək istədilər

“Azərsu” sədrinin qardaşı məni ölümlə təhdid edir” – Prezidentdən kömək istədilər

AzToday.az-a daxil olan müraciətdə Elnur İsmayılov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun  qardaşı Faiq Hüseynovun qanunsuz əməllərini açıqlayıb:

Prezidentə ünvanlanan müraciəti olduğu kimi təqdim edirik: 

Möhtərəm Cənab Prezident! 

27.08.2015-ci il tarixdə Zati-Aliləriniz  başda olmaqla müvafiq dövlət strukturlarına respublikamızın ən böyük vergi ödəyəcilərindən olan, iqtisadiyyatımızın onurğa sütununu təşkil edən ARDNŞ-nin Geofizika  və Geologiya İdarəsində rəis müavini vəzifəsində işləsədə əslində de fakto  bu idarəyə rəhbərliyi həyata keçirən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun  qardaşı Faiq Hüseynovun  qəzəbinə tuş gələrək “ştat” ixtisarı adı altında qanunsuz olaraq işdən azad edilməyim, eyni zamanda Faiq Hüseynov tərəfindən dövlət  əmlakının talanması barədə məlumat verib, faktları təqdim edərək  köməklik göstərilməsini xahiş etmişdim. Müraciətimdə onu da qeyd etmişdim ki, Faiq Hüseynov məni ölümlə təhdid dir. Mən ümid edirəm ki, bu məlumatın müvafiq orqanlarda maraq doğuracaq və bu məlumatlar iştirakımla araşdırılacaq.  Lakin görünən odur ki, mənim həyatım və problemlərim bir yana, dövlətin mənafeyi, büdcədən oğurlanan milyon manatlarla  vəsaitdə heç kimi maraqlandırmır. Çünki müraciətimdən  sonra yeganə aldığım cavab ARDNŞ-nin vitse-prezidentlərinin  imzası ilə ünvanıma daxil olmuş  cavab məktubları olmuşdur ki, burada da məni təqsirkar bilib guya məni  xabərdarlıq məktubunun alınması üçün idarəyə dəvət etdiklərini, lakin bu xəbərdarlıq  məktubunu almadığımı, mənə vəzifə təklif edildiyini, bunada etiraz etdiyimi və bunlar haqda aktlar tərtib edildiyi kimi heç bir əsası olmayan yalan sözlərdən başqa heçnə yazılmamışdır. Məktubun sonunda isə  cənab Vitse prezidentlər göstərir ki, guya ərizəmdə göstərdiyim  digər məsələrlə bağlı göstərdiklərim öz təsdiqini  tapmayıb?!

Əvvəla necə olur ki, xəbərdarlıq məktubunu almaq üçün mən idarəyə  dəvət edilirəm?! Qəbul etsək ki, əgər mən xəbərdarlıq məktubunu almaqdan  imtina etmişdimsə, onda niyə bu məktub mənim ünvanıma göndərilməmişdir?!  İkincisi niyə mənə təklif edildiyi deyilən vəzifələrə mən işdən çıxarılmamışdan  keçirilməmişdir?! Bütün bunlr sübut edir ki, Vitse prezidentlərin cavab məktublarında  göstərilənlər ağ yalandır ?!Bu yalanların ən böyüyü isə guya  ərizəmdə göstərdiklərimin öz təsdiqini tapmaması barədə  yazılanlardır! Belə əminliklə  ona görə deyirəm  ki, bu faktların iştirakım olmadan  yoxlanılmasına inanmıram! Digər tərəfdən ərizəmdə göstərdiklərimin  araşdırılması üçün ən azı 2-3 ay müddət  lazım olduğu halda 10-15 gün içərisində bir bu qədər  fakt necə və kim tərəfindən yoxlanılmışdır?!

Bütün bu sualların bir cavabı var : heç bir araşdırma  aparılmamışdır!

Odur ki, bir daha Zati-Aliləriniz  başda olmaqla əvvəl müraciət etdiyim orqanlara müraciət edərək həqiqətin araşdırılmasında mənə yardımçı olmalarını xahiş edirəm ! Məni ölümlə hədələməklərinə gəlincə isə tam əminliklə bildirirəm ki, ölüm mənim üçün artıq qorxulu  bir yuxu olmaqdan çıxıb, gündəlik yaşayışımın  bir hissəsinə çevrilmişdir!

Möhtərəm Cənab Prezident! Zati-Aliləri!

Müraciətimin sonunda bir daha Sizə əmin etmək istəyirəm ilk müraciətimdə göstərdiklərim tamamilə həqiqətdir və əgər ömür vəfa edərsə, göstərdiklərimi  yerinəd sübut etməyə hazıram!

N Materialın adı Miqdarı Faktiki qiymət Şişirdilmiş qiymət
1 1672710002 Xətti modul A-UNİT 3/3 167 750.000 2.600.000
2 09-01-1563540 Kabel A/DUNİT Q.C.MP 55 mm 667
3 Checkmate Geofon Testeri 4
4 DT-HP Geofonstrinqi 500
5 Aries 8×55 MTZ dəniz dibi telemetrik kabel 60 1500 7480
6 Ariya  Geofiziki qayıq 3 195000 580000
7 12 kanallı telemetrik modol 15 2600 15425
8 Aries Marine cas (üz qapağı) 10 1000 4700
9 Aram Aries LTU xətt birləşdirici qurğu 6 7500 31357
10 P/N  060000-04 səyyari qazma qurğusu 4 9500 38700

 

Həmçinin oxuyun

Elçin Şıxlı: “Azərbaycanda qəzet satışı sistemi məhv olub” — VİDEO

Milli Mətbuat Günü ərəfəsində ARB-24 kanalı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan müsahibə alıb.  Müsahibədə …

Bir cavab yazın