Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Azərişıq”dan yanan bina ilə bağlı böyük jest

“Azərişıq”dan yanan bina ilə bağlı böyük jest

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı “Azərişıq” ASC qərar qəbul edib.

Qafqazinfo” xəbər verir ki, zərəçəkənlərə öz dəstəyini göstərmək üçün “Azərişıq” ASC rəhbərliyi tərəfindən xüsusi qərar qəbul edilib. Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları Səhimdar Cəmiyyətin hesabına ödənilib. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik  haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər “Azərişıq” ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın