Cümə , Yanvar 22 2021
Ana səhifə / Media / “Azərişıq”dan işıqsız qalan ərazilərlə bağlı — AÇIQLAMA

“Azərişıq”dan işıqsız qalan ərazilərlə bağlı — AÇIQLAMA

Dünən Qazax rayonunda güclü külək səbəbindən elektrik enerjisinin verilməsi dayandırılmışdı.

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev qafqazinfo-ya açıqlamasında bildirib ki, gecə güclü külək və qasırğa nəticəsində bəzi Qərb rayonlarında baş verən qəzalar qurumun əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

“Hazırda bütün ölkə ərazisində elektrik enerjisi təchizatı normaldır. Heç yerdə problem yoxdur”, – deyə T. Mustafayev qeyd edib.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın