Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / “Azərişıq” özbaşına cərimələr müəyyən edir?

“Azərişıq” özbaşına cərimələr müəyyən edir?

Sosial problemlər cəmiyyətimizin həyatında mühüm yer tutmaqda davam edir. Çox vaxt vətəndaşlarımız, problemləri özləri həll etmək əvəzinə, onları vətəndaşların üzərinə atmaq istəyən məmurların özbaşınalığının qurbanı olurlar. Bu yaxınlarda bizə Cəlilabad rayonunun Günəşli kənd sakini Qızbəs Zeynalova müraciət edib.

“Mən hər il vaxtında işıq, qaz və suya görə abunə haqqını ödəyirəm. Amma bu il məni işıqdan istifadə etmək imkanından məhrum etdilər.“Azərişıq” istehsalat birliyinin yerli idarəsi öz qərarını bununla izah etdi ki, guya mənim həmin şirkətə 1391 manat borcum var. “Sonra məni sudan və qazdan istifadə etmək imkanından da məhrum etdilər”, – o bizə bildirdi. “Bu borc haradan yığılıb”?, – jurnalistimiz soruşdu.img_2045

“Sovet dövründən bizim kənddə elektrikötürmə xətləri əvəz olunmayıb. Belə qəzalar tez-tez olur. Bizim elektrik sayğacı baş verən qəzalara görə – üç dəfə sıradan çıxıb. İndi məndən elektrik sayğacının dəyərini ödəməmi tələb edirlər”, – Qızbəs Zeynalova bildirdi. “Elektrik sayğacı sıradan çıxdığı halda qəzanın səbəbini müəyyənləşdirəcək komissiya təyin edilməlidir. Yalnız qəzanın səbəbinin abunəçinin hərəkətləri olduğu müəyyənləşsə ,onu elektrik sayğacının qiymətini ödəməyə məcbur etmək olar”, – “Azərişığ”ın mətbuat katibi Tanrıverdi Mustafayev sayta bildirdi.img_2049

Qəzanın səbəbinin abunəçi Qızbəs Zeynalovanın hərəkətləri olduğu müəyyən olunubmu? Bu sualın cavabını almaq üçün – “Azərişıq” ASC-nin  Cəlilabad filialının rəisi Aydın Vəliyevə müraciət etdik. “Qızbəs Zeynalovanın sayğacının qəzasının səbəbini müəyyən etmək üçün komissiya təyin edilib?”,-jurnalistimiz soruşdu. “Bilmirəm”, – Aydın Vəliyev cavab verdi. “Bu komissiyalar kimlər tərəfindən təyin edilir”?, – jurnalistimiz soruşdu. “Elə biz təyin edirik”, – Aydın Vəliyev dedi. Qızbəs Zeynalova Prezident İlham Əliyevə ona kömək etmək xahişi ilə müraciət edib.

“Yalnız ondan yardım gözləyirəm”.

Kavkaznews.az

Həmçinin oxuyun

Prezident İlham Əliyev jurnalistləri belə təbrik etdi – FOTO

Prezident İlham Əliyev “Facebook” hesabında 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib. Azinforum.az xəbər …

Bir cavab yazın