Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Media / Azərbaycanlı idmançı xəsarət aldı, həkim tapılmadı – Fotolar

Azərbaycanlı idmançı xəsarət aldı, həkim tapılmadı – Fotolar

Qadın həndbolçular arasında Azərbaycan çempionatı problemlə başlayıb. “ Azinforum.az ” apasport.az-a istinadən xəbər verir ki, yarış həkimlər və təcili tibbi yardım maşını olmadan start götürüb.

Bunun da nəticəsi özünü çox gözlətməyib. “Azəryol” – “Nur” oyununun ilk dəqiqələrində birincilərin heyətində çıxış edən Yana Qornak ciddi xəsarət alıb. Həkimlərin olmamağı səbəbindən Azərbaycan yığmasının üzvünə ilkin tibbi yardım göstərilməyib.

Nəticədə federasiya rəhbərliyi sonradan təcili yardıma zəng edib. Onlar gələnə qədər ayağından ciddi zədə alan həndbolçunun səsi zalı bürüyüb. Xərək olmadığından, onu komanda yoldaşları meydandan qucaqlarında çıxarıblar.

Təcili yardım işçiləri sonradan gələrək, Qornakı xəstəxanaya aparıblar.

Hal-hazırda davam edən oyunda yenə həkim yoxdu.

Həmçinin oxuyun

Mirşahin: “Mənə sarı tüpürənlər, duşunuz mübarək!”

“Əslində fikir verməməliydim. Düşünürdüm ki, adımdan yayılan ”paylaşım”ın saxta olduğunu yalnız avam və əbləhlər qanmaz. …

Bir cavab yazın