Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Media / Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Azərbaycanlı bloqer Rusiyada saxlanıldı

Azərbaycanlı bloqer Elvin İsayev Rusiyanın Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 

Belə ki, əslən Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Sankt-Peterburq şəhər polisində ifadə verən İsayevin konkret saxlanılma səbəbləri haqqında heç bir məlumat verilməyib. Eyni zamanda onun Azərbaycanın Baş Prokurorluğunun tələbi ilə saxlanılması deyilsə də, bu hələ təsdiqini tapmayıb.

Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloqer kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib. Report

Həmçinin oxuyun

Dadaş Dadaşlinski başına tük əkdirib – Video

İctimai Televiziyanın efirində yayımlanan “3D” layihəsinin yeni mövsümü başlayıb.  Verilişin personajı Dadadaş Dadaşlinski yeni mövsümdə …