Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Azərbaycanlı ailəni Litvaya buraxmadılar

Azərbaycanlı ailəni Litvaya buraxmadılar

Martın 20-də Litva sərhədçiləri azərbaycanlı ailəyə ölkəyə daxil olmağa icazə verməyiblər. 
ANS PRESS-in Delfi.lt saytına istinadən verdiyi məlumata görə, Litva dövlət sərhədi mühafizəsi xidməti (LDSMX) həmin şəxsləri şengen vizası alarkən səyahətin məqsədi ilə bağlı yalnış məlumat verdiklərini iddia edirlər. Məlumata görə, LDSMX əməkdaşlarının Vilnüs hava limanında Minskdən gələn sərnişinlərin sənədlərini yoxlayıblar.
Sərnişinlər arasında 19 yaşlı hamilə qadın onun 34 yaşlı həyat yoldaşı və 2015-ci il təvəllüdlü oğlu olub. Viza almaq üçün sənədlərdə ailə onların səyahətlərinin son ünvanının Litva olduğunu və bura turistik məqsədlər ilə gəldiklərini göstəriblər.  Lakin sərhədçilər bu versiyanı şübhəli hesab ediblər, çünkü ailənin bütün sənədlərinin alman dilinə tərcümə edilmiş nüsxələri olub. Litvaya gəlmə məqsədlərini və burada qalma şərtlərini izah edən sənədlər isə cütlükdə olmayıb.Nəticədə azərbaycanlılar Litvaya deyil Almaniyaya getmək marağında olduqlarının etiraf ediblər. Onlar bunu Almaniyada olan cəlbedici müavinət sistemi ilə izah ediblər.
LDSMX əməkdaşları ailəyə yalnış yolla əldə etdikləri şengen vizasının ləğv edilməsi barədə məlumat verərək onları Vilnüs dəmiryolu vağzalına aparıb orada Vilnüs-Minsk qatarı ilə geri yola salıblar.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın