Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Azərbaycanla əməkdaşlığımız yüksək səviyyədədir” – Şoyqu

“Azərbaycanla əməkdaşlığımız yüksək səviyyədədir” – Şoyqu

Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında görüş keçirilib.

Məlumata görə, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.

Azərbaycanlı həmkarı ilə görüşdən şad olduğunu söyləyən S. Şoyqu bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Z. Həsənov da Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək dəyərləndirib.

O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib. (Apa)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın