Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Media / Azərbaycanın ilk xəbər kanalı nə vaxt fəaliyyətə başlayacaq? – Açıqlama

Azərbaycanın ilk xəbər kanalı nə vaxt fəaliyyətə başlayacaq? – Açıqlama

“Arb Media Qrup” Milli Televiziya və Radio Şurasının (MTRŞ) elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalı tenderinin qalibi olması ilə bağlı məlumat yayıb.
 
Kanalı Strateji inkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov bununla bağlı danışaraq kanalın gələcək perespektivlərini açıqlayıb:
“Milli Televiziya və Radio Şurasının (MTRŞ) ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna elan etdiyi tenderin qalibi olmağımızı sevinc və qürur hiss ilə qarşılayırıq. Eyni zamanda ölkənin ixtisaslaşmış ilk ümumrespublika  xəbər kanalını qurmağın nə qədər məsuliyyətli bir iş olduğunun fərqindəyik. Bildiyiniz kimi tenderin qalibi olan ARB 24 kanalı “Arb Media Qrup” un tərkibinə daxil olan bir televiziya resursudur. Telekanal 5 ildir ki, xəbər sahəsində ixtisaslaşaraq peyk vasitəsi ilə yayımını həyata keçirir və kanalın əsas bazası Tovuz  rayonundadır. Kanal hazırda gün ərzinədə 48 xəbər buraxılışı təqdim edir və kifayət qədər böyük izləyici auditoriyasına sahibdir. Yeni ümumrespublika xəbər kanalını əsasən hazırda fəaliyyətdə olan ARB 24 telekanalının texniki və insan resursu bazası üzərində, Bakı şəhərində qurmaq niyyətindəyik. Kanalın inzibati binası, yayım mərkəzi paytaxtda olacaq və televizya “ARB 24” adı ilə fəaliyyət göstərəcək. Bu iş kifayət qədər böyük bir layihədir, maddi-texniki bazanın ən yüksək səviyyədə qurulmasına, əlavə olaraq ixtasaslı kadrların toplanmasına zaman tələb olunur. Televiziyanın işinin daha təkmil formada qurulması üçün, yayımöncəsi hazırlıq prosesinə xarici mütəxəssislər də cəlb olunacaq.
Bütün bunları nəzərə alaraq qərara gəlmişik ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin payız aylarında fəaliyyətə başlasın. Telekanal əsasən xəbər ağırlıqlı yayımı ilə fərqlənəcək, əsas preoritet isə araşdırma, təhlil yönümlü yayım konsepsiyası, iqtisadiyyat və biznes mühitinin daha çox işıqlandırılması olacaq.  Bu məsuliyyətli işin öhdəsindən uğurla gələcəyimizə kollektiv olaraq tam inanırıq və tenderin nəticəsi olaraq bizə göstərilən bu yüksək etimada görə  Milli Televiziya və Radio Şurasına (MTRŞ) təşəkkür edirik.”

Həmçinin oxuyun

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində – Video

44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni …