Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Azərbaycanın ən qoca insanların sayı və yaşadıqları ərazilər açıqlanıb (SİYAHI)

Azərbaycanın ən qoca insanların sayı və yaşadıqları ərazilər açıqlanıb (SİYAHI)

“Azərbaycanda 2016-cı ilin əvvəlinə olan məlumata görə, 100 və daha yuxarı yaşda olan insanların sayı 626 nəfərdir.

Bu barədə SalamNews-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Bildirilib ki, respublika üzrə 2016-cı ilin əvvəlinə Azərbaycanda uzunömürlü insanların ən çox yaşadığı bölgələr sırasında Yuxarı Qarabağ iqtisadi rayonu üstünlük təşkil edir ki, burada yaşı 100-dən yuxarı olan insanların sayı 351 nəfərdir. Kəlbəcər-Laçın bölgəsində yaşayan uzunömürül insanların sayı 68, Gəncə-Qazax zonasında 49, Naxçıvan Muxtar Respublikası və ətraf ərazilərində 46, Bakı şəhəri və Bakıətrafı rayonlarda cəmi 32 uzunömürlü insan yaşayır.

Azərbaycanın Aran zonasında yaşı 100-dən yuxarı olan insanların sayı 28 nəfər, Dağlıq Şirvan ərazisində 19, Lənkəran və ətraf bölgələrdə 17, Şəki-Zaqatala və ətraf rayonlarda 10, Abşeron və bu rayona daxil olan ərazilərdə 6 uzunömürlü insan yaşamaqdadır.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın