Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Media / Azərbaycandan 40 min nəfər Türkiyəyə mühacirət edib, 7300-ü daimi məskunlaşıb

Azərbaycandan 40 min nəfər Türkiyəyə mühacirət edib, 7300-ü daimi məskunlaşıb

Ötən il ərzində Azərbaycandan Türkiyəyə mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir.

Hesabata əsasən Türkiyədə yaşamaq icazəsi alan xarici ölkə vətəndaşlarının sayı 423 min nəfərə yaxındır. Və ötən il Türkiyədə yaşamaq icazəsi alanların sayı əvvəlki ilə nisbətən 9 faiz artıb. Türkiyədə yaşamaq icazəsi alanlar arasında İraq vətəndaşları birinci yerdədir, onların sayı 56 min nəfərə yaxındır. Suriya vətəndaşları isə 49 min nəfər olmaqla ikinci yerdədir. İraq və Suriyadakı vətəndaş müharibələri ilə bağlı bu ölkələrdən Türkiyəyə miqrant axını yeni deyil.

Lakin maraqlı budur ki, Azərbaycan vətəndaşları iraqlılardan və suriyalılardan sonra Türkiyədə yaşamaq icazəsi alan xaricilər arasında üçüncüdür. Onların sayı 39 min 200 nəfərə yaxındır.

Hesabatda göstərilir ki, Türkiyəyə mühacirət edən Azərbaycan vətəndaşlarından 7 min 377 nəfəri bu ölkədə ailələri ilə birlikdə uzunmüddətli yaşayış icazəsi alıb. Belələrinin sayına görə Azərbaycan vətəndaşları birinci yerdədir. Azərbaycandan gedənlərin 10 min 528 nəfəri isə təhsil almaq üçün yaşayış icazəsi alıb. Hesabata görə 5 min 102 Azərbaycan vətəndaşı Türkiyədən “insani səbəblərlə və insan ticarəti qurbanı kimi” uzunmüddətli yaşamaq icazəsi alıb.

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın