Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Media / Azərbaycandan 100 min “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlandı

Azərbaycandan 100 min “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlandı

“Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib və açıq şəkildə yayımlanıb.

Virtualaz.org bildirir ki, bu barədə “Business Insider” nəşri xəbər yayıb.

Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yaşayış yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb.

Hudson Rock şirkətinin texniki direktoru Alon Gal tərəfindən “Tvitter” səhifəsində dərc edilən ekran görüntülərindən məlum olur ki, bazada Azərbaycandan təxminən 100 min istifadəçinin məlumatları da yer alıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.

Həmçinin oxuyun

“Yeni özündənrazıların bir çoxu keçmiş reket qəzetlərdən “yeni mediaya” transfer olunublar”

“Bu özünü “yeni media”, “peşəkar jurnalist” adlandıran bəzi sayt əməkdaşlarına bir inşa, lap elə, bir …