Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycanda yol qəzaları qurbanlarının sayı açıqlanıb

Azərbaycanda yol qəzaları qurbanlarının sayı açıqlanıb

2017-ci ilin 3 ayı ərzində Azərbaycanda 449 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend.az-a Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zamanı 163 nəfər ölüb, 466 nəfər isə yaralanıb.
Hadisələrdən 168-i Bakıda qeydə alınıb və həmin qəzalarda 44 nəfər ölüb, 168 nəfər isə yaralanıb.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın