Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda temperatur normadan yüksəkdir

Azərbaycanda temperatur normadan yüksəkdir

Azərbaycanda müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir.

Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, dünən Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub: “Hazırda müşahidə edilən iqlim normasından yüksək temperatur yaxın 2-3 gün ərzində də davam edəcək. Lakin anomal istilər müşahidə olunmayıb. Əvvəlki illər iyun ayında bundan da isti temperatur qeydə alınıb”.

Bundan başqa havaların isti keçməsi ilə bağlı günvurma halları nisbətən artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Raif Nağıyev deyib ki, iyulun 15-dək 5 günvurma hadisəsi qeydə alınıb. Həmin şəxslərdən 1 nəfər xəstəxanaya yerləşdiirlib.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın