Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Azərbaycanda taksilərə qadağa qoyuldu

Azərbaycanda taksilərə qadağa qoyuldu

Azərbaycanda taksilərə ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirə edilib.

Məcəlləyə əlavə edilən 322.0.8 maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir və buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. (AzVision.az)

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın