Ana səhifə / Media / Azərbaycanda siqaret çəkilməsinə görə sahibkarlar cəzalandırılacaq – VİDEO

Azərbaycanda siqaret çəkilməsinə görə sahibkarlar cəzalandırılacaq – VİDEO

Cərimələrin miqdarının artırılması təklif edilir.

Artıq ictimai yerlərdə, hətta ticarət və iaşə obyektlərinin qarşısında da siqaret çəkən görməyəcəksiniz. Çünki tütün istifadəsi ilə bağlı cəzalar sərtləşdirilir.

Beləliklə də sahibkarlar qarşısında ciddi tələblər qoyulacaq.

Siqaret çəkilməsinə görə sahibkarlar cəzalandırılacaq. Tütün məmulatlarından istifadənin daha da məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin hazırlanacaq.

Çünki mövcud qanunvericiliyə görə, bir çox qapalı ictimai yerdə tətbiq edilən siqaret qadağasını çəkənlər sadə üsullarla pozur. Məsələn, həmin yerlərin qapısının ağzında, hətta təhsil müəssisələrinin yaxınında siqaret çəkir.

Qadağanı kəskin şəkildə tətbiq edən bir çox ölkədə siqaret məktəb və universitetlər başda olmaqla, ictimai yerlər və iaşə obyektlərindən azı 200 metr aralıda çəkilə bilər. Hətta bəzi ölkələr bu qadağanı hava limanında da tətbiq edirlər. Bu təcrübədən bizdə də istifadə olunacaq. Polis, bu halla qarşılaşdıqda həm istifədəçiyə, həm də sahibkara cərimə tətbiq edəcək.

Statistikaya görə, ölkədə əhalinin 40-60 faizi siqaret çəkir. Fuad Muradovun sözlərinə görə, cərimələrin miqdarının artırılması da təklif edilir.

Artıq bütün detallar hazırdır. Lahiyə Milli Məclisinin plenar iclasında təqdim olunacaq.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın