Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / Azərbaycanda sabit internetin sürəti noyabrda azalıb

Azərbaycanda sabit internetin sürəti noyabrda azalıb

Bu ilin noyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,45 Mbit/s-ə təşkil edib.

“APA-Economics” “Ookla”nın “Speedtest Global Index”inə istinadən verdiyi məlumata görə, bu göstərici oktyabr ayının göstəricisi səviyyəsində qalıb.

Noyabrda ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti oktyabr ayının göstəricisi ilə müqayisədə 8,7 artaraq 15,86 Mbit/s olub.

Qeyd edək ki, dünya üzrə giriş və çıxış mobil trafikinin sürəti isə müvafiq olaraq 45,69 Mbit/s və 12,6 Mbit/s təşkil edib.

Noyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 1 pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.

Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (170,3 Mbit/s), Cənubi Koreya (166,7 Mbit/s) və Qatar (159,66 Mbit/s) daxil olub.

Reytinqə əsasən, noyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 23,04 Mbit/s, çıxış sürəti isə 25,59 Mbit/s təşkil edib. Bu göstəricilər oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 17,2 və 13,9% azalıb.

Noyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 176 ölkə arasında 13 pillə geriləyərək 117-ci yerdə qərarlaşıb.

Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkəsi Sinqapur (241,1 Mbit/s), Honkonq (222,92 Mbit/s) və Tailand (213,14 Mbit/s) olub. Sabit internetin giriş və çıxış trafikinin qlobal orta sürəti isə müvafiq olaraq 91,96 Mbit/s və 49,44 Mbit/s olub.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …