Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Azərbaycanda rus bölməsinə maraq 3 dəfə artıb

Azərbaycanda rus bölməsinə maraq 3 dəfə artıb

Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır.

Azərbaycanda valideynlərin rus bölməsinə marağı əvvəlki illərə nisbətən artıb.

APA  xəbər verir ki, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovdeyib ki, əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6%-dən bir az yuxarı idisə, hazırda bu rəqəm 14-15%-ə çatıb. Onun sözlərinə görə, məktəbi, tədris dilini seçməkdə valideynlər azaddır: “Bu, valideynlərin hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır.

O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın