Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir – FOTOLAR

Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir – FOTOLAR

Goranboy rayonunun Qaradağlı kəndində ilanlar bir evi 3 ildir əsarətdə saxlayır. 27 il öncə tikilən evin hər yerində sürünənlərə rast gəlinir.
Ev sahibi Şahin Muxtarov bu illər ərzində irili-xırdalı 62 ilan öldürsə də, onların fəalığının qarşısını ala bilməyib. Təhlükəli canlılardan qorunmaq üçün, evin əksər hissələrinə kükürd tökən Muxtarovun bu cəhdi də heç bir nəticə verməyib.
İlanlı evİlanlı evİlanlı evİlanlı evİlanlı ev

Başına gələnləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakini, hətta ilanların yataq dəstlərinin üzərinə də çıxdığını bildirib: “3 ildir bu vəziyyətdə yaşayırıq. Hər öldürdükcə, deyirik “daha qurtardı”. 3-5 gündən sonra bir də başlayırlar görünməyə”.
“İşıq sönəndə heç kim yerindən tərpənmir ki, birdən ayağımızın altda qalar, sancar. İlanlar evin bütün otaqlarına girir. Hətta vanna otağında iki ilan öldürmüşəm” — Ş. Muxtarov deyir.
Əlavə edir ki, bir neçə gün əvvəl bir ilan yataq dəstinin üzərində yatıbmış: “O gündən uşaqlar həmin yataqda yatmırlar, yerlərini dəyişiblər”.
Ev sahibi məsələ ilə bağlı rayonun müvafiq qurumlarına müraciətlər edib. Lakin indiyədək heç bir rəsmi qurumdan real addım atılmayıb.

Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir
Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir
Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir
Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir
Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın