Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Azərbaycanda pulsuz çimərlik fəaliyyət göstərəcək” – Nazir

“Azərbaycanda pulsuz çimərlik fəaliyyət göstərəcək” – Nazir

Bu gün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfransı keçirilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb.

Kütləvi informasiya vasitələrinin rəhbərlərinin, nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri,Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və rəhbəri Əflatun Amaşovun qatıldığı toplantıda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə edilib.

Tədbiri MTRŞ sədri Ə.Amaşovun çıxışı ilə başlayıb. Daha sonra Mədəniyyət və turizm naziriƏbülfəs Qarayev konfransa “Turizm və media” mövzusunda çıxış edib. Nazir bildirib ki, mədəniyyət və turizmlə bağlı xəbərlərin mediada işıqlandırılmasında artım var: “Biz 2015-ci ilin 1-ci rübü ilə 2016-cı ilin birinci rübünü müqayisə etdik və 95 faiz artımın şahidi olduq. Azalma təkcə qəzetlərdə rast gəlinir. Ancaq həmin qəzetlərin internet saytlarında məlumatlar daha çox yer alıb”. Ə.Qarayev Azərbaycanda daxili turizmin inkişafı barədə fikirlər də səsləndirib. O, qeyd edib ki, Novxanıda orta səviyyəli bir çimərlik yaradılacaq və həmin çimərlik pulsuz fəaliyyət göstərəcək.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Şurası ilə birgə keçirdiyi “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri açıqlanıb.

“Azərbaycanda pulsuz çimərlik fəaliyyət göstərəcək” -  Nazir

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın