Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Azərbaycanda piyada ölümü yenə “liderlik” edir

Azərbaycanda piyada ölümü yenə “liderlik” edir

Azərbaycanda ötən 10 ay ərzində qeydə alınmış yol-nəqliyyat hadisələri zaman puyadaların vurulması ilə baş verən hadisələrin sayı yenə də üstünlük təşkil edir.

Yol-nəqliyyat hadisələrinin 41,8%-ni (702) piyadaların vurulması təşkil etmiş, nəticədə257 piyada həlak olub, 516-ı yaralanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan dövür ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 41,8%-ni (702) piyadaların vurulması təşkil etmiş, nəticədə257 piyada həlak olub, 516-ı yaralanıb.

Yol nəqliyyat hadisələrinin 38,9%-i (654 hadisə, 250 ölüm, 708 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i (390 hadisə, 179 ölüm, 340 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i (217 hadisə, 49 ölüm, 256 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,9%-i (33 hadisə, 15 ölüm, 31 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 638 nəfər həlak olub, 1721 nəfər yaralanıb.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın