Çərşənbə axşamı , Noyabr 12 2019
Ana səhifə / Media / Azərbaycanda neçə nəfər əmək pensiyası alır?

Azərbaycanda neçə nəfər əmək pensiyası alır?

Yanvarın 1-nə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının sayı 15281 nəfər və ya 1,2 faiz artaraq 1 315 227 nəfər təşkil edir.

Qafqazinfo” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev AzərTAC-a bildirib.

“Keçən il əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2 faiz artaraq 192,18 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 213,81 manata çatıb. Sosial müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 10 faiz artıb. Keçən il 483,5 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57,8 min nəfərdən çox şəxsə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilib. Bu məqsədlərə yönələn vəsaitin məbləği 2015-ci illə müqayisədə 35,2 milyon manat və ya 11,6 faiz çox olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanları üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün aylıq məbləği 2016-cı ilin 1 noyabr tarixindən artırılaraq 1000 manatdan 1300 manata çatdırılıb”, – deyə E.Babayev bildirib.

Həmçinin oxuyun

Eldarla Nigar AzTV-də aparıcılıq edəcək

“Eurovision-2011” qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəliblər.“Qafqazinfo”nun məlumatına görə, onlar Azərbaycan …

Bir cavab yazın