Bazar , Yanvar 16 2022
Ana səhifə / Media / Azərbaycanda media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir

Azərbaycanda media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir

Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcək. Bu, “Media haqqında” qanun layihəsinə dair əsaslandırma”da əksini tapıb. “Qanun layihəsi qəbul edildikdən sonra jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək”, – layihədə bildirilib.

Həmçinin oxuyun

“Media patronları gəlirin böyük bir qismini özünə götürür“ – Turan İbrahimov

Azərbaycanda müxtəlif vəzifələrə təyinat alan jurnalistlərin sayı xeyli artıb. Çox sayda qələm adamı jurnalist vəsiqəsini, məmur …