Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Azərbaycanda körpə ölümü azalıb

Azərbaycanda körpə ölümü azalıb

“Son 10 ildə 600-dən artıq tibb müəssisəsi yenidən qurulub və təmir olunub”.

AzVision.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında çıxışı zamanı səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, bu illər ərzində kadrların hazırlığı istiqamətində də işlər görülüb. E.Ağayev diqqətə çatdırıb ki, ölkəmizdə icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlax rayonlarında həyata keçirilir: “İcbari tibbi sığortanın 2018-ci ildən bütün ölkədə həyata keçirilməsi nəzərdə tutulub”.

O, vurğulayıb ki, ana və uşaq ölümlərinin azaldılması istiqamətində ciddi işlər aparılır. Nazir müavininn sözlərinə görə, Azərbaycanda körpə ölümü artmayıb, əksinə azalıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın