Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Media / “Azərbaycanda jurnalistika təhsili sıfır səviyyəsindədir”

“Azərbaycanda jurnalistika təhsili sıfır səviyyəsindədir”

Son illər KİV rəhbərləri yeni imzaların parlamaması ilə bağlı narazılıq edirlər. Onların fikrincə son on ildə ali məktəblərin jurnalistika fakültəsindən məzun olmuş çox az sayda gənc imzasını təsdiq edərək peşəkar jurnalistə çevrilə bilib.

Buna səbəb nədir? Azərbaycan universitetlərində jurnalistika ixtisası müasir tələblərə uyğun tədris olunmur, yoxsa jurnalist kimi fəaliyyət göstərmək, özünü yetişdirmək istəyənlər azdır?

Yenisabah.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri  Arif Əliyev bildirib ki, Azərbaycanda jurnalisti yetişdirmək üçün şərait yoxdur:

“Jurnalistika fakültələrinin səviyyəsi Azərbaycan mediası ilə uyğundur, lakin burada ideoloji yanaşma var. Bir neçə il öncə Azərbaycanda jurnalistika ixtisasın tədris edən bütün özəl məktəblərdə jurnalistika fakültəsi ləğv olundu.

Belə qərarın verilməsinə səbəb kimi isə yalnız dövlət müəssisələrində jurnalistika təhsilinin veriləcəyini əsas gətirdilər. Niyə? Çünki buna bir peşəkar məktəb kimi yox, ideoloji məktəb kimi baxılırdı.

Bu gün də bunun nəticəsidir ki, Azərbaycanda media təhsili ixtisas artırma kurslarında və digər müəssisələrdə sıfır səviyyədədir. Bu cür vəziyyətdə yeni imzaları görə bilməməyimiz normal haldır.

Bunun üçün universitetlərin üzərinə düşmək lazım deyil. Yeni imzaların üzə çıxması üçün namizədləri universitet yox, media orqanları özləri yetişdirir”.

Həmçinin oxuyun

Moldovanın aparıcı KİV-i Azərbaycan Prezidentinin fikirlərini geniş işıqlandırdı – FOTOLAR

Moldovanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta …