Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycanda hər 100 000 nəfərdən 42-si vərəmlə xəstələnir

Azərbaycanda hər 100 000 nəfərdən 42-si vərəmlə xəstələnir

Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan vərəmin aktiv forması ilə xəstələnənlərin sayı 3989 nəfər olub.

“Report” Dövlət Statistika Komitəsiin məlumatlarına istinadən xəbər verir ki, bu göstərici əhalinin hər 100 000 nəfərinə hesabı ilə 42 nəfər təşkil edir.

Bütün yaş qruplarında vərəmlə xəstələnənlər arasında kişilər üstünlük təşkil edib.
Belə ki, 0-13 yaş qrupu əhali arasında xəstələnənlərin 59.7 faizi, 14-17 yaş qrupunda xəstələnənlərin 69.3 faizi, 18-29 yaş qrupunda olanların 67 faizi, 30-44 yaş qrupunda olanların 73.3 faizi, 45-64 yaş qrupunda olanların 71.1 faizi, 65 yaş və üzəri sakinlər arasında xəstələnənlərin isə 62.6 faizi kişilər olub.

Ümumilikdə ötən il aktiv vərəmlə xəstələnənlərin 30,7 faizi qadın, 69,3 faizi kişi olub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın