Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / “Azərbaycanda fəhlə çatışmır” – SƏLİM MÜSLÜMOV

“Azərbaycanda fəhlə çatışmır” – SƏLİM MÜSLÜMOV

“Azərbaycanda əksər fəhlə ixtisasları üzrə çatışmazlıq mövcuddur”.
Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümov deyib.
O bildirib ki, sovet dövründən sonra fəhlə peşələri öz populyarlığını itirib: “Son vaxtlar ölkədə kənd təsərrüfatının sürətlə inkişafını müşahidə edirik. Amma kənd təsərrüfatı işləri görmək üçün bizim kifayət qədər fəhlə potensialımız yoxdur və ya çatışmır. Rayonlarda, qıraq kəndlərdə bir traktorçu tapanda hamı sevinir. Hazırda Azərbaycanda tütünçülük, pambıqçılıq, baramaçılıq kimi sahələrin inkişafına təkan verilib. Bütün bu sahələrə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi tələb olunur”. Fins.az

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın